Ölkə 16:14 26.09.2022

Çingiz Abdullayev AYB-yə sədr gəlir? - Anardan iddialı açıqlama

"Mən sözümü demişəm, yenə də deyirəm, namizədliyimi yenə irəli sürəcəyəm”.

Bunu Qaynarinfo-ya Xalq yazıçısı Anar Rzayev Yazıçılar Birliyinin növbəti qurultayından danışarkən deyib.
 
Sədr bildirib ki, qurultayla bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

"Qurultay oktyabrın 6-da olmayacaq, vaxtını uzatmaq qərarına gəldik”.

Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləcəyi ilə bağlı suala isə Anar Rzayevin cavabı belə oldu:

"Saytlar ağızlarına gələni yazır. Yatırlar, yuxuda gördüklərini saytlarında xəbərə çevirirlər. Mən yenə də sədr postuna iddialıyam”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı gözlənilir.

Bahar Rüstəmli