Xəbər lenti

İdman 14:10 11.09.2023

Cokoviç yenidən zirvədə! 50 illik rekordu qırdı

Dünyaca məşhur tennisçi Novak Cokoviç növbəti rekordunu qırıb. 

Qaynarinfo-nun məlumatına görə, tennisçi Nyu-Yorkda keçirilən "ABŞ Açıq” yarışının finalında Daniil Medvedevi məğlub edərək (6:3, 7:6, 6:3), 24-cü dəfə Böyük Dəbilqəni qazanıb. 36 yaşlı serbiyalı bu qələbə ilə 50 ildən sonra Marqaret Kortun 24 Böyük Dəbilqə çempionluq rekordunu təkrarlayıb. "Flushing Meadows”da qazandığı qələbə Cokoviç üçün Avstraliya, Fransa və ABŞ Açıq turnirlərində daha bir möhtəşəm Böyük Dəbilqə kampaniyasını yekunlaşdırdı. O, həm də yenilənmiş dünya reytinqinin zirvəsinə qayıtdı.

İdmançı uğuru ilə bağlı açıqlamasında, "Aydındır ki, bu mənim üçün dünya deməkdir. Mənə və ailəmə çətin şəraitdə çox şey bəxş edən bu idman növündə ən yüksək səviyyədə yarışmaq kimi uşaqlıq arzumu yaşayıram. Heç vaxt burada olacağımı düşünmürdüm, amma son bir neçə ildə tarix yazmaq şansım olduğunu düşünürdüm. Niyə qarşıma çıxan bu fürsətdən istifadə etməyim?” - sözlərini deyib.

Cokoviç üçün bu həm də revanş olub. O. Medvedevlə sonuncu dəfə 2021-ci ildə "ABŞ Açıq” çempionatının finalında üz-üzə gəlmişdi və rusiyalı bu görüşdə yeganə kubokunu qazanaraq, serbiyalı həmkarına Böyük Dəbilqə yarışlarında nadir məğlubiyyətlərdən birini yaşatmışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->