Dünya 22:42 06.07.2022

Conson: "Mənim işim davam etməkdir, açığını deyim ki..."

2Çətin şəraitlərdə baş nazirin işi davam etməkdir və mən bunu edəcəyəm.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Britaniya baş naziri Boris Conson deyib

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə günü onun istefası ilə bağlı artan çağırışlara qarşı çıxıb. O, hökümətindən iki əsas nazirin də daxil olduğu istefa dalğasından sonra millət vəkillərinə "davam edəcəyini" deyib.

Conson bu sözləri parlamentdə öz partiyasından olan bir millət vəkilinin 'baş nazir istefa verməsi üçün hər hansı halın olub-olmadığını düşünürmü" sualına cavab verərkən deyib.

"Aydındır ki, əgər hökumətin bizə verilən mandatı davam etdirməsinin və onun icrasının mümkünsüz olduğunu hiss etdiyim hallar olsaydı və ya məsələn, Ukrayna xalqını dəstəkləmək istəyimizdən məyus olduğumuzu hiss etsəm... onda bunu edərdim”, - Conson parlamentdə deyib.

Ancaq o təhlükəli şəkildə təklənməsinə baxmayaraq, davam edəcəyini bildirib. 

"Amma açığını deyim ki, çətin şəraitdə, sizə böyük mandat verildikdə Baş nazirin işi fəaliyyətə davam etməkdir və mən bunu edəcəyəşm”,- deyə Conson bildirib. 

Nurlan Hüseynov