Xəbər lenti

Corcinadan Ronaldoya milyonyarımlıq yeni il hədiyyəsi (FOTO)
İdman 23:35 26.12.2022

Corcinadan Ronaldoya milyonyarımlıq yeni il hədiyyəsi (FOTO)

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez yeni il hədiyyəsi olaraq portuqaliyalı ulduza lüks avtomobil alıb.

Qaynarinfo xəbər verir ki, avtomobil kolleksiyasına sahib olduğu bilinən Ronaldonun yeni "oyuncağının" qiyməti də göz oxşayır. Lüks avtomobillərə marağı ilə tanınan Ronaldoya sevgilisi tərəfindən hədiyyə olunan avtomobil "Rolls Royce Phantom”dur. Sözügedən avtomobilin bazar dəyəri 1500000 dollardan yüksəkdir. 

Hücumçu sosial media hesabında yeni hədiyyəsini paylaşaraq Corcina Rodrigesə təşəkkür edib.

2022-ci il dünya çempionatı zamanı "Mançester Yunayted"lə müqaviləsinə xitam verilən Ronaldonun yeni ünvanı dəqiqləşməyib. Bununla belə, portuqaliyalı ulduz bir müddətdir ki, Səudiyyə Ərəbistanı komandalarından olan "Əl Nassr”la danışıqlar aparır. 
 



Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->