Xəbər lenti

İdman 18:15 15.02.2023

Daha 4 voleybolçu zəlzələdə həyatını itirdi

Kahramanmaraşda baş verən zəlzələlərdə daha 4 voleybolçu həyatını itirib.

Qaynarinfo-nun məlumatına görə, qadınlardan ibarət 2-ci Liqa komandası "Rasus Kimya Hatay Voleybol Gənclər və İdman Klubu"nda çıxış edən Gözde Öztürk (25), Dilek Mucuk, İrem Kurtoğlu və Ahsen Başın (26) cəsədləri zəlzələdən 9 gün sonra tapılıb.

Onların komanda yoldaşları Gülnaz Özer isə zəlzələdən dərhal sonra dağıntılar altından xilas olmağı bacarıb. Daha əvvəl ailələri ilə birlikdə yaşayan eyni komandanın oyunçuları Ceren Akman və Elçin Çınar da dünyasını dəyişmişdi.

Ümumilikdə Hatay təmsilçisinin 6 oyunçusu zəlzələdən sağ çıxa bilməyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->