23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizəd Zaur Darab-zadə seçicilərinə və ictimaiyyətə müraciətində yenilikdən istifadə edib.
Qaynarinfo.az saytı xəbər verir ki, gənc namizəd videomüraciətində surdo-tərcüməyə yer ayırıb.
Zaur Darab-zadə müraciətində seçki platformasına aid olan bütün məsələləri qeyd edib və özü haqqında məlumat verib. O, jest dili vasitəsi ilə eşitmə və danışma qabiliyyəti olmayan seçicilərinə öz mesajını çatdırıb.
Deputatlığa namizədin bu addımı ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/Rhoatte6Aq4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">