Sənət 22:12 28.10.2019

Devid Linçə "Fəxri Oskar Mükafatı" təqdim edildi

Dünya şöhrətli amerikalı rejissor Devid Linçə Fəxri Oskar Mükafatı təqdim edilib.

Qaynarinfo xəbər verir ki, D.Linç dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə mükafata layiq görülüb.

Fəxri Oskar Mükafatı italyan rejissor Lina Vertmüller və amerikalı aktyor Ves Studiyə də təqdim edilib.

Qeyd edək ki, D.Linç ABŞ müstəqil kinematoqrafiyasının görkəmli nümayəndəsi hesab edilir. O, film sahəsində gördüyü işlərə görə "Qızıl Şir", "Qızıl Palma" və s. mükafatlara layiq görülüb. Deyvid Linç "Mulholland Drive", "Blue Velvet", "Elephant Man", "Twin Peaks" kimi məşhur ekran əsərlərinin müəllifidir.
 
Gülşən