Xəbər lenti

Diktator meydan oxudu: ballistik raketlər meydana çıxarıldı
Dünya10:39 15.04.2017

Diktator meydan oxudu: ballistik raketlər meydana çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreyada hər il təşkil olunan “Günəşin günü” adlı mərasimdə ilk dəfə olaraq ballistik raketlər nümayiş olunub.
"Qaynar" axar.az-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn paradı televiziya vasitəsilə canlı izləyib. Prezidentin yaxın köməkçilərindən olan Çe Ray Hae paradda “Döyüşə döyüşlə cavab verməyə həmişə hazırıq”, - deyə çıxış edib.
“Günəşin günü” adlı mərasim hər il aprelin15-də ölkənin qurucu lideri Kim İl Sunqun ildönümü münasibəti ilə təşkil olunur.
Qeyd edək ki, ABŞ və Şimali Koreya hökumətləri bir-birini raket zərbələri ilə təhdid etməyə başlayıb. ABŞ "Karl Vilson" təyyarədaşıyan gəmisini və bir raket esminesini bölgəyə yerləşdirib.
Qaynar.Az