Xəbər lenti

Diktatorun qardaşı öldürüldü - Təfərrüat
Dünya13:48 14.02.2017

Diktatorun qardaşı öldürüldü - Təfərrüat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim Çen İnin qardaşı Malayziyada öldürülüb.
Qaynarinfo.Az axar.az-a istinafən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi adının çəkilməsini istəməyən mənbələrinə istinadən xəbər yayıb.
Cənubi Koreyanın “Çosun” kabel televiziyası hökumət mənbələrinə istinadən xəbər verib ki, Kim Çen Nam Malayziya aeroportunda iki naməlum qadın tərəfindən zəhərli iynələr vasitəsilə öldürülüb.
Kanal şübhəlilərin gizləndiyini bildirib.
Malayziya polisi isə Kim Çen Namın ölüm faktını təsdiqləməyib.
“Şimali Koreya vətəndaşı Kuala-Lumpur aeroportundan təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir”, - hüquq-mühafizə orqanlarının rəsmilərindən biri jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Kim Çen Nam Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu və indiki lider Kim Çen İnin ögey qardaşıdır. Onun anası məşhur aktrisa Son Xe Rimdir.
Qaynarinfo.Az