ABŞ prezidenti Donald Tramp bazar ertəsi, oktyabrın 13-də Vaşinqtona uzun uçuşdan sonra Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanına enərək İsrailə gəlib. Səfər, ölkə sakinlərinin HƏMAS terror qruplaşmasının əsirliyində olan girovların azad olunmasını diqqətlə izlədiyi bir vaxtda baş tutub.
Qaynarinfo bu barədə CNN-ə istinadla məlumat verir.
Tramp uçuşdan əvvəl bəyan edib ki, bu "xüsusi bir andır”, çünki onun təklif etdiyi Qəzzada atəşkəs razılaşması qüvvəyə minməkdədir.
"Hamı eyni vaxtda sevinir, belə bir hal hələ olmayıb”, – deyə prezident təyyarəyə minməzdən öncə bildirib.
Hava limanında Trampı İsrailin baş naziri Benyamin Netanyahunun və həyat yoldaşı Sara Netanyahunun rəhbərlik etdiyi geniş rəsmi nümayəndə heyəti qarşılayıb.
Uçuş zolağında qırmızı xalça sərilib və İsrail hərbçiləri qarşılama mərasimi üçün sıraya düzülüblər. Təyyarədən düşdükdən sonra Tramp Netanyahu ilə isti qucaqlaşma və gülümsəmə ilə salamlaşıb.
Xatırladaq ki, bu gün, 13 oktyabr səhəri, HƏMAS İsrailin 20 girovundan ilk yeddisini azad edərək Qırmızı Xaça təhvil verib.
Girovların azad edilməsi, ABŞ prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə əldə olunan atəşkəs sazişi çərçivəsində həyata keçirilir.
Alpər
Şərhlər