Xəbər lenti

Dünya şöhrətli rejissorla bağlı qalmaqal
Dünya05:31 11.05.2013

Dünya şöhrətli rejissorla bağlı qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur rejissor Emir Kusturitsanın Bosniya-Hersoqovinanın şərqindəki Vişeqradda Sokullu Məhmət Paşa tərəfindən tikdirilən Drinə Körpüsünün yaxınlığında tikdirdiyi "Andriçqrad" şəhəriylə bağlı qalmaqal yaranıb.

Anrdiçqrad şəhərinin bosniyalı torpaq ağası Paşan Haciçə məxsus 14 min kvadrat metrlik ərazidə salındığını iddia edən Haciçin varisləri dünən mətbuat konfransı keçiriblər.

Haciçin nəvələri Məhəmməd Prşeşa və Fuad Haciç şəhərin inşa edildiyi ərazinin mülkiyyətinin Bosniya-Hersoqovinanın iki ərazi vahidindən biri olan Bosniya Serb Respublikasının Geodeziya İşləri İdarəsi tərəfindən qanunsuz olaraq babalarından alınaraq əvvəlcə Vişeqrad bələdiyyəsinə, sonra isə Kusturitsaya verildiyini sübut edən sənədlər əldə etdiklərini bildiriblər.

Ərazinin geri verilməsi üçün 10 ildir mübarizə apardıqlarını vurğulayan varislər qanuni haqlarını sona qədər axtaracaqlarını qeyd ediblər. Kusturitsanın tikdirdiyi şəhərdə bir kilsənin də olacağını qeyd edən Haciçin varisləri "Babamızın torpağı üstündə kilsə tikilməsinə əsla icazə vermərik" deyiblər.

İnşaatı davam edən Andriçqrad şəhərində Osmanı, Avstriya-Macarıstan və Yuqoslaviya Krallığı dövrlərini əks etdirən 50 daş bina olacaq.

Qaynar.info