İdman 13:17 19.09.2022

Dünya ulduzlarını transfer edib vəzifəsindən getdi - "Olimpiakos"un baş məşqçisi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

İspaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
 
"Olimpiakos" Korberanın dönəmində son günlərdə Marselo, Xames Rodrigez, Sedrik Bakambu kimi dünya səviyyəli ulduzları transfer etmişdi.
 
Səbuhi Həsənov