Xəbər lenti

Dünyanı heyrətləndirən hicablı qız - VİDEO
Dünya11:56 05.12.2013

Dünyanı heyrətləndirən hicablı qız - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdən olan hicablı reper Məyam Mahmud onu islama qarşı çıxmaq və ateistlikdə ittiham edənlərin qarşısında özünü doğrultmağa çalışır.

Oxu.Az-ın məlumatına görə, bu barədə The Guardian yazıb.

Məlumata görə, Məyam ərəb dilində istedad müsabiqəsində ilk dəfə çıxış etdikdən sonra onun Facebook-dakı səhifəsinə pərəstişkarlarından həm tərif, həm də tənqid dolu məktublar gəzir. 18 yaşlı xanım reper islam prinsiplərini pozmaqda ittiham olunur.

O, ilk hicablı reper olmasa da, Arabs Got Talent şousundakı populyarlıq sayəsində diqqəti özünə cəlb edə bilib.

“Bir çox insanlar indi hicablı qızın yaxud da ümumiyyətlə bir qızın bu sənətlə məşğul olmasının mümkünlüyünü müzakirə edirlər, - deyə, Mahmud danışır. – Əgər qızın çoxlarının işləyə bilməyəcəyi sahədə çalışmaq yaxud da aspiranturaya daxil olmaq arzusu, ərindən daha nüfuzlu işdə çalışmaq istəyi varsa, onun bunlara görə problemləri olacaq”.  

Məyəm Mahmudun geniş müzakirələrə səbəb olmuş həmin çıxışını təqdim edirik.

Qaynar.info