Xəbər lenti

Dünyanın ən böyük ilanı tapıldı - VİDEO
Dünya 13:51 18.03.2016

Dünyanın ən böyük ilanı tapıldı - VİDEO

Britaniyanın BBC Two telekanalının məşhur aparıcısı Qordon Buçanan dünyanın ən böyük ilanını aşkarlayıb.

Milli.Az bildirir ki, "Anaconda People of the Amazon" proqramının çəkilişi ilə əlaqədar olaraq Ekvadora yollanan Q.Buçanan Yasuni Milli Parkında, Amazon çayının sahilindəki cəngəllikdə nəhəng anakondanın izinə düşüb.

Uzunluğu 5,7 metr olan bu sürünən dünyanın ən böyük ilanı sayılır.

Yerli vaorani qəbiləsi ilə Amazonu izləyən Qordon Buçananın dediyinə görə, anakonda ilanını quyruğundan tutmaq yerli kişilər üçün cəsarət və rəşadət nişanəsidir.

"Anakondanı qaldırıb aşağı salmaq isə əsl igidlik tələb edir. Çünki bu ilan istənilən insanın cəmi bir neçə anın içində öldürə bilər", - Qordon Buçanan söyləyib.

"Anaconda People of the Amazon" sənədli filmi bazar günü BBC Two telekanalında nümayiş olunacaq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->