Xəbər lenti

Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti açıqlandı
Dünya06:53 07.01.2022

Dünyanın ən təhlükəsiz 20 aviaşirkəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya üzrə ümumilikdə 385 aviaşirkət arasında aparılan sıralamaya liderliyi Yeni Zelandiyanın "Air New Zealand” şirkəti edir.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, "airlineratings.com” saytı reytinq cədvəli hazırlayıb.
Bundan əlavə, ilk üçlüyün digər yerlərində "Etihad Airways” və "Qatar Airways” qərarlaşıb.
Adıçəkilən siyahıda digər yerləri "Singapore Airlines”, "TAP Portugal”, "SAS”, "”Qantas”, "Alaska Airlines”, "EVA Air”, "Virgin Australia/Atlantic”, "Cathay Pacific Airways”, "Hawaiian Airlines”, "American Airlines”, "Lufthansa/Swiss Group”, "Finnair”, "Air France/KLM Group”, "British Airways”, "Delta Air Lines”, "United Airlines” və "Emirates” tutur.
Reytinq müəyyən edilərkən bir sıra amillər nəzərə alınır. Bura şirkətin son 5 il də qəzaya uğraması, son 2 ildəki ciddi insidentlərin baş verməsi, aviasiyanın idarəetmə və sənaye orqanlarının auditinin keçirilməsi, hökumət tərəfindən aparılan audit yoxlamaları, sənayedə aparıcı təhlükəsizlik təşəbbüsləri, donanma yaşı və COVID-19 təhlükəsizlik protokolları daxildir.