Xəbər lenti

Əfsanəvi tennisçidə yenidən xərçəng aşkarlandı
İdman 19:43 09.12.2023

Əfsanəvi tennisçidə yenidən xərçəng aşkarlandı

Keçmiş amerikalı tennisçi Kris Evertə xərçəng xəstəliyinin təkrarlanması diaqnozu qoyulub.

Qaynarinfo xəbər verir ki, əfsanəvi tennisçi bu barədə ESPN-ə müsahibəsində danışıb.

"Hamınıza yeni bir xəbər vermək istəyirəm. Xərçəngim geri döndü. Bu diaqnoz haqqında heç vaxt eşitmək istəməzdim, amma yenə də bəxtim gətirdi ki, erkən aşkarlandı", deyə Evert bildirib.

Evertə ilk dəfə 2021-ci ilin dekabrında yumurtalıq xərçəngi diaqnozu qoyulub. Xərçəng planlı histerektomiya zamanı aşkar edilib. 2022-ci ildə Evert xərçəngə qalib gəldiyini açıqlayıb.

Evert 21 dekabr 1954-cü ildə anadan olub. 1969-cu ilə qədər o, ABŞ-ın 14 yaşdan kiçik qızlar arasında 1 nömrəli oyunçusu olub. 1970-ci ildə 16 yaşadək milli turnirin qalibi adını qazanıb. O, Böyük Dəbilqə yarışlarının 18 qat qalibidir. Evert 1975-1976 və 1983-1991-ci illərdə Qadın Tennis Assosiasiyasının (WTA) prezidenti olub. 1995-ci ildə o, yekdilliklə Beynəlxalq Tennis Şöhrət Zalına seçilib. 2005-ci ildə "Tennis Magazine" jurnalının 40 ən böyük idmançı siyahısında dördüncü olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->