Dünya 20:14 22.08.2023

Əlcəzair Fransa hərbi təyyarələrinin Nigerə uçuşuna icazə vermədi

Fransa hakimiyyəti Əlcəzairdən prezident Məhəmməd Bazumun devrildiyi Nigerə mümkün müdaxilə halında hərbi təyyarələrin ölkənin hava məkanından keçməsinə icazə verməsini istəyib. Əlcəzair bundan imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Əlcəzairin "Əl-Xəbər” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Reuters"in məlumatına görə, Fransanın Birgə Müdafiə Qərargahı belə bir sorğu ilə bağlı məlumatı təkzib edib.

"Əl-Xəbər" mənbələrinin məlumatına görə, imtinadan sonra Fransa Mərakeşə də oxşar xahişlə müraciət edib və icazə alıb.

Əlcəzairin Fransa hərbi təyyarələrinə öz hava məkanından istifadə edilməsinə qadağa 2021-ci ildə tətbiq edilib. Bu, Fransa prezidenti Emmanuel Makronun "Fransaya nifrətin” əsasını qoyan Əlcəzair hakimiyyəti ilə bağlı bəyanatından sonra baş verib.

Nizami Bağırov