Xəbər lenti

Əlcəzairdə məşhur yazar həbs edildi
Dünya 12:10 30.11.2024

Əlcəzairdə məşhur yazar həbs edildi

Əlcəzairdə İslam dininin tənqidçisi kimi tanınan məşhur yazar Bualem Sansal təhlükəsizlik xidməti tərəfindən həbs edilib.

Qaynarinfo bu barədə "Bild"ə istinadən xəbər verir.

Artıq iki həftəyə yaxındır ki, Bualem Sansaldan heç bir xəbər yoxdur. O, həm Əlcəzair, həm də Fransa vətəndaşlığına malikdir. Çoxsaylı mükafatlar laureatı olan məşhur yazıçı noyabrın 16-da Parisdən uçduqdan sonra Əlcəzairin paytaxtının hava limanında hərbi polis tərəfindən həbs edilib.

O vaxtdan bəri Sansalın ailəsi (həyat yoldaşı və iki qızı) və nəşriyyatları (o cümlədən, alman naşiri Merlin Verlaq) ondan xəbər ala bilməyib. Müəllif əsərlərində və ictimai bəyanatlarında açıq şəkildə İslam icmalarını və Əlcəzair rejimini tənqid edir.

Sansal dəfələrlə Qərb cəmiyyətlərini "islamçılıq təhlükəsi" ilə bağlı xəbərdar edib. Bundan əlavə, o, İsrailyönlü baxışları və romanlarında Holokostu təsvir etməsi ilə çoxlarını qəzəbləndirib.

Sansal "Barbarların andı" və "2084: Dünyanın sonu" romanlarında "siyasi İslamı" nasistlərin təcrübələri ilə müqayisə edib. O, dəfələrlə ölümlə hədələnib və indi onun kitabları Əlcəzairdə qadağandır.

Sansal həbsindən bir müddət əvvəl Fransanın "YouTube" kanalına müsahibə verib və orada Mərakeş və Əlcəzair arasındakı münaqişədə Mərakeşin mövqeyini dəstəkləyib: "Fransa Əlcəzairi müstəmləkə etdikdə və Mərakeş üzərində protektorat qurduqda, Mərakeşin bütün şərqini Əlcəzairə keçirərək özbaşına bir sərhəd çəkdi".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->