"Prezidentin səlahiyyətli nümayəndəsi kimi Əli Əhmədov, Siyavuş Novruzov və Mübariz Qurbanlı qeydiyyatdan keçib"
“Qafqazinfo” xəbər verir ki, bunu YAP-ın Sədr müavini Əli Əhmədov bu gün keçirdikləri mətbuat konfransında deyib. O bildirib ki, YAP olaraq bütün namizədlərə hörmətlə yanaşırlar:
“Seçki kampaniyası boyu əsas resurs olan etimad məsələsində İlham Əliyevin həlledici üstünlüyünü qeyd etməmək mümkün deyil. İlham Əliyevin şansı YAP olaraq bizi arxayınlaşdırmır, seçkiyə ciddi hazırlaşırıq. Bu ciddilik, məsuliyyət seçki kampaniyası boyu davam edəcək.Yeni texnologiyalardan, sosial şəbəkələrdən geniş istifadə yolunu nəzərdə tutmuşuq”.
Əli Əhmədov seçki kampaniyasında YAP-ın şüarı ilə bağlı ona ünvanlanan sualı da cavablandırıb:
"Biz İlham Əliyevin rəhbərliyi ilə 5 ildə əldə edilən nailiyyətləri növbəti 5 ildə də davam etdirmək istəyirik. Bu yolu da davam etdirməyin lakonik ifadəsi “İlhamla İrəli” ola bilər". İlham Əliyev dünyada az sayda dövlət başçılarındandır ki, xalqla təmasa üstünlük verir. Hər il orta hesabla rayonlara 30-dan çox səfərlər edir. İlham Əliyev seçki üçün, seçilmək üçün insanlarla görüşməyib. Bu insanlara, dövlətə xidmət məqsədi güdürdü".
Əli Əhmədov qeyd edib ki, apardıqları monitorinq nəticəsində namizədlərdən birinin yerli qəzetlərdə vaxtından əvvək seçki kampaniyasına başladığı məlum olub:
"Bununla bağlı şikayət də etdik. YAP olaraq kifayət qədər böyük fərqə, şansa malik olduğumuz üçün rəqiblərmizdən birini sıxışdırıb aradan çıxarmaq taktikasını seçmədik. Bununla da rəqiblərimizə mənəvi dərs vermək istədik.
İTV-də YAP tərəfindən prezidentin səlahiyyətli nümayəndəsi kimi mən, Siyavuş Novruzov və Mübariz Qurbanlı qeydiyyatdan keçib".
Qaynar.info