Xəbər lenti

Əli Əsədov TƏBİB rəhbərini bu vəzifədən azad etdi
Ölkə 10:44 28.07.2026

Əli Əsədov TƏBİB rəhbərini bu vəzifədən azad etdi

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-i İcraçı direktor yox, direktor müavini təmsil edəcək.

Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovdur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->