Xəbər lenti

Elnur Astanbəyli Cəmil Həsənlinin istefasını tələb etdi - Çağırış
Siyasət08:12 25.12.2013

Elnur Astanbəyli Cəmil Həsənlinin istefasını tələb etdi - Çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış yazar Elnur Astanbəyli Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənliyə çağırış edib. 

Belə ki, o, Cəmil Həsənlini Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməyə çağırıb. 

Qaynar.info xəbər verir ki, yazar çağırışı "Azadlıq" qəzetinin bu gün dərc olunan sayındakı köşə yazısı vasitəsilə edib. Yazar müraciətində bildirir: 

"Hörmətli Cəmil bəy!

Sizə son prezident seçkisi və sonrası da səslənə bilərdim.

Amma yeri və zamanı olmadığını düşündüm. O önəmli günlərdə yeni çəkişmə mövzusu yaratmağı doğru saymadım.

Çəkişmə mövzusu deyirəm, çünki belə olacağını təxmin edirdim.

Bizim müxalifət düşərgəsində bu mövzunu önəmsəmirlər, bunu hətta qeyri-ciddi qəbul edənlər var. Əslində isə belə olmadığını ən azı bir tarixçi və aydın kimi sizin çox dəqiq bildiyiniz qənaətindəyəm.

Cəmil bəy! Sözü uzatmayım. Bu gün siz demokratik düşərgənin lideri statusundasınız. Azərbaycanın azad, çağdaş bir ölkəyə çevrilməsi uğrunda mübarizənin önündəsiniz.

Belə olan təqdirdə bütün zamanlarda yalnız irticadan, Şərdən yana olmuş bir qurumun - Azərbaycan Yazıçılar Birliyinin sıralarında hələ də qalmağınız nə qədər doğrudur?

Ədəbiyyatı partiya və hökumət işinin vintciyi və təkərciyinə çevirmək niyyəti ilə yaradılmış...

30-cu illərdə Azərbaycanın dəyərli bir ziyalı nəslinin aradan götürülməsində ilhamverici rolu oynamış...

Heç zaman demokratik dəyərlərə sayğı duymamış, azadlıqlardan yana olmamış...

Təkcə son illərdə fərqli fikir səsləndirən neçə-neçə yazıçını sıralarından uzaqlaşdırmış...

Faktiki olaraq Ədəbiyyat Nazirliyi funksiyasına üstlənmiş...

Bütün seçimlərini, qərarlarını qeyd-şərtsiz əliyevçi rejimdən yana etmiş...

Biz 20 illik bir siyasi monarxiyadan şikayətçi ikən 25 illik “ədəbi monarxiya” yaratmış bir təşkilatda qalmağınız üzərinizə götürdüyünüz və layiqincə yerinə yetirməyə çalışdığınıza kimsənin şübhəsi olmayan Azərbaycanı çağdaşlığa, demokratiyaya, azadlıqlara qovuşdurmaq missiyası ilə əsla örtüşmür.

Təkcə bu sətirlərin müəllifinin yox, xeyli insanın bununla bağlı narahatlığı olduğunu bilirəm və sizə çatdırmaq ehtiyacı hiss edirəm.

Bu narahatlığa həssas yanaşacağınıza və ədəbiyyatla, mədəniyyətlə ən xırda bağı qalmamış, sadəcə, rejimin toplum üzərində təsir ruporu, təbliğat maşını kimi çıxış edən, yaltaqlığın legitimləşdirilməsi vasitəsinə çevrilən Yazıçılar Birliyindən istefa verəcəyinizə inanıram".

Qaynar.info