Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasından istefa verən Əlövsət Talışxanlı bundan sonra fəaliyyətini harada davam etdirəcəyinə aydınlıq gətirib.
Əlövsət Talışxanlı Qaynarinfo-ya açıqlamasında partiyada istefaların davam edəcəyini bildirib:
"Ən inanılmış dostlarla yeni nəsə fikirləşərəm. Qubad bəy partiyanı dağıtdı. Artıq bıçaq sümüyə dirənmişdi. Partiyanı nizamnəmə ilə yox, imtiyazla idarə edirdi. İdarəçilikdə piyada idi. Heç kimlə, heç bir müavin və İdarə Heyəti üzvü ilə razılaşmadan, məsləhətləşmədən bir də gördük ki, müavinliyi buraxıb. "Müsavat”da İsa Qəmbərin idarəçiliyində belə pozuntularla rastlaşmamışdıq”.
Bahar Rüstəmli