Xəbər lenti

Əməkdar artist efirdə ağladı (VİDEO)
Video 10:11 30.05.2025

Əməkdar artist efirdə ağladı (VİDEO)

Əməkdar artist Bəsti Sevdiyeva "Gün ortası" verilişində qonaq olub.

Qaynarinfo xəbər verir ki, müğənni ailəsi ilə bağlı sualı cavablamaqdan imtina edib və göz yaşlarını saxlaya bilməyib.

"Xatirələrim anam, atam, bacılarımla bağlıdır. Bu barədə danışmaq istəmirəm. Mənə çox çətindir. Onlarla bağlı xatirələrim hər gün gözümün qabağından keçir. Anam zəhmətkeş insan idi. Amma atamı anamdan çox sevirdim. Lakin bu günlərimi görmədilər. Çoxdan həyatda yoxdurlar. İlk qonorarımı alanda anamı o qədər sevindirmişdim... Atam isə hər zaman iş başında olub. Mən universitetə qəbul olanda atamın gözlərinin necə dolduğu hələ də yadımdadır. Onun sağ əli olmuşam. Məni özünə oğul bilib. O, bizimlə fəxr edib deyirdi ki, 7 yox, 14 qız dünyaya gətirərdim. İstərdim ki, indi məni, övladlarımı görərdilər. Övladlarımı yalnız balaca vaxtı gördülər. Qəbir üstünə gedəndə onları yanımda o qədər hiss edirəm ki..." deyə, B.Sevdiyeva açıqlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->