Sənət 09:59 13.03.2023

Ən yaxşı kişi və qadın nominasiyasında “Oskar”ı onlar aldı

Amerikalı Brendan Freyzer "The Whale" filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Oskar alıb. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Akademiyanın 95-ci mükafatlandırma mərasimində məlumat verilib.

Ən yaxşı kişi roluna digər namizədlər isə Ostin Batler ("Elvis”), Kolin Farrel ("İnişerin Banşası”), Pol Meskal ("Mənim Günəşim”) və Bill Niqi ("Yaşamaq”) olub.
Mişel Yeoh "Hər şey hər yerdə bir anda" filmindəki roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında Oskar alıb. Bu kateqoriyada mükafat uğrunda "Tar” dramından Keyt Blanşett, "Fabelmanlar” filmindən Mişel Uilyams,  "Lesli”dən Andrea Riseboro və "Sarışın” filmində Merilin Monronu canlandıran Ana de Armas da mübarizə aparıb.

95-ci Oskar mükafatlandırma mərasimi Kaliforniya ştatının Los-Anceles şəhərindəki Dolby Teatrında keçirilib.

Alpər