Xəbər lenti

Ərdoğan Kiprdə 400 milyon avroluq aeroportun açılışını edəcək
Dünya12:30 09.07.2023

Ərdoğan Kiprdə 400 milyon avroluq aeroportun açılışını edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətində yeni hava limanını açılışını edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
"Paytaxt Lefkoşada Türkiyəni Şimali Kiprlə, Şimali Kipri dünya ilə birləşdirəcək yeni Ercan Hava Limanı iyulun 20-də prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi mərasimdə istifadəyə veriləcək", deyə nazir bildirib.
Nazir qeyd edib ki, hava limanının tikintisinə 400 milyon avro sərmayə qoyulub:
"400 milyon avroluq sərmayə sayəsində tikilən hava limanının tutumu 10 milyon sərnişindir. 3,1 min metrlik uçuş-enmə zolağı bütün sərnişin təyyarələri modellərinin istifadəsi üçün əlverişlidir. Ümumilikdə, 30 təyyarənin dayanacağı yer var".
Aydın