Xəbər lenti

Ərdoğan Zelenski ilə nə danışacaq?
Dünya10:27 18.08.2022

Ərdoğan Zelenski ilə nə danışacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Fesenko
Ukraynalı politoloq, "Penta” siyasi tədqiqatlar mərkəzinin direktoru
Hər kəs Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən bəzi sensasiyalar gözləyir.
Danışıqların gündəliyi çox zəngin olacaq, o cümlədən ikitərəfli görüşlər. Lakin, fikrimcə, burada üç əsas mövzu olacaq: 
1) "taxıl” sazişlərinin həyata keçirilməsi; 
2) Zaporojye AES ətrafında vəziyyət, atom elektrik stansiyası ətrafında hərbi əməliyyatlar və onun Rusiya tərəfindən işğalı ilə bağlı risklərin neytrallaşdırılması yolları, variantları; 
3) Ukrayna və Rusiya Federasiyası arasında sülh danışıqlarının bərpası imkanı.
Bununla belə, mən heç bir sensasiya gözləmirəm, çünki hazırda onlar üçün heç bir ilkin şərt yoxdur. Bu, ilk növbədə, Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqları məsələsinə aiddir.
Çox məşhur tezis ondan ibarətdir ki, Ərdoğan Zelenskiyə təzyiq göstərəcək ki, Ukrayna prezidenti Putindən gələn "sülh” şərtlərinə razı olsun. Fikrimcə, bu halda "təzyiq” termini əhəmiyyətsizdir (real vəziyyətə uyğun gəlmir). Hətta Qərb tərəfdaşlarımız da bilirlər ki, Zelenskiyə "təzyiq” etmək əbəsdir (Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Gordon"a bu yaxınlarda verdiyi müsahibədə bu barədə ətraflı danışıb) və Ərdoğanın Zelenskiyə "təzyiq” etmək üçün heç bir vasitəsi yoxdur, o, nəsə təklif edə bilər.
Türkiyə Prezidenti çox güman ki, Putinin təkliflərini Zelenskiyə çatdıracaq. O, Quterreşlə birlikdə bəzi kompromis variantları təklif edə bilər. Hazırda bu yalnız gələcəkdə sülh danışıqlarının bərpasının mümkünlüyünün yoxlanılması olacaq.
Ancaq indi və yaxın gələcək üçün Rusiya Federasiyası ilə Ukrayna arasında bir növ sülh sazişinin mümkünlüyü demək olar ki, utopik görünür. Ukrayna və Rusiyanın hazırkı münaqişənin sülh yolu ilə həlli ilə bağlı mövqeləri əsaslı şəkildə fərqlidir (biz işğal olunmuş əraziləri işğaldan azad etmək, Rusiya Federasiyası isə əksinə, öz işğalını möhkəmləndirmək istəyir) və hətta nəzəri cəhətdən belə onları birləşdirmək mümkün deyil. Maksimum, gələcəkdə (o da yaxın olmayan gələcəkdə) və yalnız müəyyən şərtlər daxilində  müvəqqəti atəşkəs haqqında razılaşmaların mümkünlüyünə dair müzakirələr ola bilər.
Danışıqların əsas mövzularından biri Zaporojye AES ətrafında yaranmış kritik vəziyyət olacaq. Amma bu məsələdə də dərhal nəticə gözləməyə əsas yoxdur. Daha doğrusu, biz Zaporojye AES ətrafında risklərin neytrallaşdırılması üzrə Rusiya Federasiyasının iştirakı ilə qapalı danışıqların başlanmasına dair qeyri-rəsmi razılaşmanın əldə olunmasını güman edə bilərik.
Təbii ki, Ərdoğan və Quterreş "taxıl sövdələşməsi”nin uğurundan ilhamlanır və bu nisbi danışıqlar uğuru üzərində dayanmağa çalışacaqlar. Lakin hələlik bu, yalnız bəzi gələcək danışıqlar üçün müqəddimədir.
Mənbə: Nv.ua
Tərcümə: Nizami Bağırov
Qaynarinfo