Bir erməni ailəsinin 6 üzvünü qətlə yetirən Valeri Permyakovun azadlıqda olması barədə şübhələr yaranıb. Axar.az xəbər verir ki, onun sosial şəbəkədəki profilinin aktiv olması və vaxtaşırı istifadə edilməsi bu ehtimallara yol açıb.
Apardığımız qısa araşdırma zamanı da məlum oldu ki, Permyakovun “VKontakte” şəbəkəsindəki səhifəsi dünən aktivləşib.
Səhifənin müstəntiqlər tərəfindən araşdırılması variantına şübhə ilə yanaşılır. Çünki gecə vaxtı istintaqın aparılması inandırıcı görünmür.
Xatırladaq ki, Gümrüdə 102 saylı Rusiya hərbi bazasının əsgəri olan Permyakov yanvarın 12-də səhər saatlarında bir erməni ailənin 6 üzvünü qətlə yetirib. Cinayəti törətdikdən sonra qaçmağa müvəffəq olan Permyakov bir gün sonra Türkiyə ilə sərhəddə yaxalanıb.
Qaynar.info