"Ermənistanda əsirlikdə olan əsgərlərimizin qaytarılmasına Qırmızı Xaç Komitəsi və ABŞ-la Rusiya dəstək ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu Ermənistanda əsirlikdə olan iki əsgərimizin qaytarılması istiqamətində hansı addımların atılmalı olduğu barədə danışarkən deyib:
"Bu istiqamətdə yollar müxtəlifdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu işlərlə məşğul olur. Qurum tərəflər arasında sistemli şəkildə belə problemlərin həllində hər zaman dialoq qurub. Əsirlərlə bağlı məsələ bilavasitə Beynəlxalq Qırmızı Xaç Komitəsinin mandatına uyğundur. Digər tərəfdən, Rusiya XİN-i və Müdafiə Nazirliyi də işə dəstək ola bilər. Müxtəlif vasitəçi ölkələr Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılması istiqamətində vasitəçi rolunda çıxış ediblər. ABŞ və Rusiya bu prosesdə daha aktiv olublar”.
Qeyd edək ki, aprelin 11-də dumanlı hava şəraitində səhvən Ermənistan ərazisinə keçən Azərbaycan əsgərləri Aqşin Bəbirovla Hüseyn Axundov ermənilər tərəfindən əsir götürülərək, vəhşicəsinə döyülüblər.
Rüfət Sultan