Xəbər lenti

Ermənistan ATƏT-də səsvermə hüququndan məhrum edilə bilər
Siyasət14:58 06.07.2016

Ermənistan ATƏT-də səsvermə hüququndan məhrum edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın ATƏT-in Parlament Assambleyasının Tiflisdə keçirilən 25-ci sessiyasındakı mövqeyi bir çox erməni icmalçı tərəfindən sərt tənqidə məruz qoyulub. 
Ermənistanın bütün beynəlxalq platformalarda sözün bütün mənalarında Rusiyaya nökərçilik funksiyasını icra etməsi bəzi erməni şərhçiləri tərəfindən ikrahla təsvir olunur.
Musavat.com xəbər verir ki, Ermənistanın lragir.am saytı maraqlı bir ehtimal irəli sürüb. Saytın icmalçılarının fikrincə, Ermənistan belə getsə, hətta ATƏT-in Parlament Assambleyasında səs hüququndan məhrum edilə bilər.
Saytın bu mövzuya həsr olunan yazısında ATƏT-in Parlament Assambleyası tərəfindən müzakirə olunaraq, qəbul edilən “Tiflis bəyannaməsi”nin Rusiya ilə birlikdə Ermənistan tərəfindən imzalanmamasına diqqət çəkilir.
“ATƏT-in Parlament Assambleyasının Tiflis toplantısında Rusiya tərəfi ilə birlikdə Artaşes Geqamyanın rəhbərlik etdiyi Ermənistan heyəti də yekun qətnaməni imzalamayıb. Bunu elə “Rusiya tərəfi imzalamadı” kimi də təqdim etmək olar, çünki Ermənistan çoxdandır ki, belə təşkilatlarda Rusiya nəyə səs verirsə, onu dəstəkləyir, nəyə qarşı çıxırsa, ondan imtina edir” - deyə məqalədə bildirilir.
Yazıda bu qətnamədə əslində Ermənistanın istədiyi kimi, “Dalıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının davam etməyə çağırması” ilə bağlı müddəaların yer aldığına diqqət çəkilir. 
Məqalə müəlliflərinin fikrincə, əslində Ermənistanın da tərəfdar olduğu bu təklifin Rusiya tərəfindən blok edilməsinin arxasında Moskvanın Minsk qrupu ilə paralel olaraq, münaqişənin nizamlanmasında öz planını həyata keçirmək istəyi durur.
Məqalədə göstərilir ki, Moskva bununla ATƏT-in münaqişə zonasında nəzarət mexanizmlərinin gücləndirilməsi planının yerinə “ərazi mübadiləsi əvəzinə sülhməramlılar” (yəni Ermənistanın Azərbaycana torpaqları güzəşt etməsi əvəzində bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi-red.) planını həyata keçirmək istəyir.
“Maraqlıdır ki, Ermənistan bir yandan ATƏT-in təkliflərindən yapışır, digər yandan onun qəbul etdiyi qətnamələri imzalamadan imtina edir” - deyə məqalədə göstərilir.
“Ermənistan artıq Rusiyanın beynəlxlaq instansiyalarda əlavə səsinə çevrilib. Rusiya erməni hakimiyyətinin də razılığı ilə Ermənistanın suverenliyini de-fakto ləğv edib. De-yure də ona görə saxlayır ki, onun səsindən bu tip təşkilatlarda istifadə edə bilsin.
Bu isə həmin beynəlxalq instansiyalara yaxşı məlumdur. Ermənistan burada Rusyianın agent-dövləti kimi tanınır. Özü də Ermənistanı ATƏT-in Parlament Assambleyası və Avropa Şurası kimi vacib qurumlarda Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi heç bir şübhə doğurmayan Artaşes Geqamyan və Ermine Naqdalyan kimi deputatlar təmsil edir” - deyə yazıda göstərilir.
Burada sayt maraqlı bir informasiyanı oxuculara çatdırıb: “Diplomatik mənbələrdən gələn xəbərə görə, Ermənistan nümayəndəliyinin davranışı və Ermənistanın bəzi beynəlxalq təşkilatlarda səsvermə hüququndan məhrum edilməsi məsələsi xüsusi kulislərdə ciddi şəkildə müzakirə olunur”.
Qaynarinfo.az