UEFA danışılmış oyunlarda iştirak etdiyinə görə Monteneqro klubu "Arsenal Tivat"ı Avropa turnirlərindən 10 illik uzaqlaşdırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” məlumat
yayıb.
Klub 2023-cü ilin iyulunda UEFA Avropa Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistanın "Alaşkert" klubu ilə danışılmış matçda iştirakda təqsirli bilinib.
"Arsenal Tivat" ilk oyunu Ermənistanda 1:1 hesabı ilə başa vurub, cavab görüşündə isə evdə 1:6 hesabı ilə məğlub olub. Qeyd olunur ki, oyun zamanı komanda əlavə vaxtda iki qol buraxıb ki, bu da şübhələri daha da artırıb.
UEFA-nın qərarına əsasən, klub 2034/35 mövsümünədək Avropa turnirlərindən kənarlaşdırılıb və 500 min avro cərimə olunub.
Bundan əlavə, klubun idman direktoru Ranko Krqoviç və futbolçu Nikola Çelebiç ömürlük diskvalifikasiya cəzası alıblar. Daha üç futbolçuya isə 10 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılma cəzası verilib.
Alpər
Şərhlər