Xəbər lenti

Ermənistan sabah rəsmən Gömrük İttifaqına qoşulacaq
Siyasət13:21 28.04.2014

Ermənistan sabah rəsmən Gömrük İttifaqına qoşulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Minskdə Avrasiya İqtisadi Birliyinin dövlət başçıları səviyyəsində ali toplantısı olacaq. 

Musavat.com-un erməni mənbəyinə istinadən verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə keçəcək iclasda qurumla bağlı layihənin gerçəkləşməsinin gedişi, həmçinin, Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi müzakirə ediləcək.

Bundan əlavə, Lukaşenkonun Rusiya prezidenti Putin və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevlə ikitərəfli görüşləri nəzərdə tutulub. 

Xatırladaq ki, Qazaxıstanla Belarus Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Dağlıq Qarabağla bağlı bəzi aydınlaşmaların edilməsinə ehtiyac olduğunu bəyan edib.

Qaynar.info