Xəbər lenti

"Ermənistana silah tədarükü gərginlik riskini artırır" - Ceyhun Bayramov
Siyasət15:42 25.08.2020

"Ermənistana silah tədarükü gərginlik riskini artırır" - Ceyhun Bayramov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyanın "Tass" agentliyinə müsahibəsində münasibət bildirib.
"Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb. Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası və hücum təxribatlarının artan intensivliyi fonunda silah tədarükünün həyata keçirilməsi gərginlik riskini artırır, münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır",-deyə Ceyhun Bayramov qeyd edib.