Xəbər lenti

Ermənistanda əsgərlərlə dolu yük maşını dərəyə aşdı - 1 ölü, 6 yaralı
Dünya17:12 08.04.2016

Ermənistanda əsgərlərlə dolu yük maşını dərəyə aşdı - 1 ölü, 6 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda hərbi yük maşını qəzaya düşüb.

İçi əsgərlərlə dolu avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, yaralılar var. Hadisəni Ermənistan polisi də təsdiqləyib, baş vermə şəraiti araşdırılır. 

***

Hərbi hissələrdən birinə məxsus “Ural" markalı yük maşını Ararat rayonunda Armaş kəndi yaxınlığında qəzaya uğrayaraq dərəyə aşıb. Hadisə nəticəsində bir hərbçi hadisə yerindəcə keçinib.

“Yük maşınında 11 hərbçi olub. Onlardan biri Vardan Matevosyan hadisə yerindəcə ölüb. 6 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ararat tibb mərkəzinə yerləşdirilib”, - Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib. (qafqazinfo)

Qaynar.info