
"Ermənistan hakimiyyəti xalqı müvəqqəti sakitləşdirməyə çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Harsun Hovvanisyanın "Azərbaycanla Türkiyəni sürprizlər gözləyir" mesajından danışarkən deyib. Onun sözlərinə görə, Ermənistan məğlub olub, ona görə də ağıllarını itirib:
"Nə etdiklərini, nə danışdıqlarını belə bilmirlər. Ağılları olsaydı, belə bir vəziyyətə düşməzdilər. Ona görə də cəmiyyətlərini və tərəfdarlarını sakitləşdirmək üçün belə yollardan istifadəyə əl atıblar".
Emin Həsənli qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti müharibə başlayandan bu günə kimi əhaliyə hər hansı bir terrorun ola biləcəyi ehtimalıyla bağlı xəbardarlıq edib:
"Dövlətimiz də onların pozucu fəaliyyətini nəzərə alıb, onlar heç bir hüquq tanımırlar, terror törədə bilərlər. Ona görə də Azərbaycan dövləti ehtiyat tədbirlərini görüb. Onların ağlı yoxdur, 2 milyonluq xalq 83 milyonluq, dünyanın böyük bir dövlətlərindən olan Türkiyəyə nə edə bilər? Türkiyə dünyanın ən güclü ordusuna malikdir. Nə edə bilər Türkiyəyə? Onlar uzun illər erməni xalqını aldatmışdılar. Xalqa söyləyiblər ki, Azərbaycanın güclü ordusu yoxdur. İndi onlar Azərbaycanın güclü ordusunun olduğunu görürlər. Xalqa cavab verə bilmirlər. Xalq sual edir ki, hanı sizin güclü odrdunuz? Ona görə Azərbaycanın güclü ordusu olduğunu qəbullana bilmirlər. Və Türkiyə guya Azərbaycanla bərabər döyüşür".
Hərbi ekspert hesab edir ki, Ermənistan hakimiyyəti özünə haqq qazandırmaqla ömürünü uzatmağa çalışır:
"Amma bunlar yalandır. Bütün torpaqlar yaxın vaxtda azad olunub, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalanacaq. Ardınca daErmənistan böyük dövlət böhranı yaşayacaq. Ermənistan uzun müddət özünə gələ bilməyəcək".
Bahar Rüstəmli