Xəbər lenti

Ermənistanın yeni XİN başçısı Moskvaya gedir
Siyasət09:27 28.08.2021

Ermənistanın yeni XİN başçısı Moskvaya gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov avqustun 31-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağla bağlı üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə edəcək.
Qaynarinfo xəbər verir ki, görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılması məsələsi nəzərdən keçiriləcək.
Bundan başqa, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər humanitar məsələlər müzakirə mövzusu olacaq. (trend)