Xəbər lenti

Ermənistanla əldə olunan atəşkəs dayanıqlı olacaqmı? - Politoloq
Siyasət14:21 17.11.2021

Ermənistanla əldə olunan atəşkəs dayanıqlı olacaqmı? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əldə olunan atəşkəs dayanıqlı olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiyanın vasitəsilə Azərbaycan və Ermənistan arasında baş verən sərhəd toqquşmalarına son verilməsi, atəşkəsin əldə olunmasının dayanıqlı olub-olmayacağına aydınlıq gətirərkən deyib. Onun fikrincə, böyük sülh sazişi imzalanana qədər belə təxribatlar hələ davam edəcək:
"Ümumiyyətlə, böyük sülh sazişi imzalanana qədər atəşkəsin bu tip kiçik və ya bir qədər geniş miqyasda pozulması hallarının yenidən təkrarlana biləcəyi istisna deyil. Çünki tərəflər arasında sülh müqaviləsi imzalanmayıbsa, mübahisəli məsələlər aydınlaşaraq öz qiymətini almayıbsa, əldə olunan atəşkəsin yenidən pozulması ehtimalları da qalır. Mübahisəli məsələlər qaldıqca, ermənilər tərəfindən növbəti təxribatların da şahidi olacağıq. Belə olan halda, əldə olunan son atəşkəsin dayanıqlı olacağını düşünmürəm”. 
Ekspert qeyd edir ki, İrəvan hələlik çirkin niyyətlərindən əl çəkənə oxşamır:
"Nəzərə alaq ki, hazırkı atəşkəsin yaranmasının əsas səbəbi Ermənistanın danışıqlar prosesini yubatmaq cəhdindən, törəfdiyi təxribatlardan qaynaqlanır. Düşünmürəm ki, yaxın gələcəkdə Ermənistan bu niyyətlərindən əl çəkəcək. Ona görə də atəşkəs dayanıqlı olmayacaq”. 
Rüfət Sultan