Hollivud aktrisası Şeron Stoun 18 yaşlı oğlu Lerd Von ilə nadir fotosunu nümayiş etdirib.
	
Qaynarinfo xəbər verir ki, o, "Instagram"da 2005-ci ildə övladlığa götürdüyü oğlu ilə çəkdirdiyi selfini paylaşıb.
	
O, şəklin altına "College hunting” (Kollecdə ov) yazıb.
	
Xatırladaq ki, Stoun 2000-ci ildə vitse-prezident və "San Francisco Chronicle" qəzetinin redaktoru Fil Bronşteynlə evliliyində Rohan Cozef adlı bir oğlan uşağı övladlığa götürüb. 2003-cü ildə Bronşteyn boşanmaq üçün məhkəməyə müraciət edib və buna səbəb kimi "düzəlməz fikir ayrılıqları"nın olduğunu göstərib. Boşanma prosesi 2004-cü ildə yekunlaşıb və uşağın qəyyumluğu ataya verilib.
	
2005-ci ildə Şeron Stoun Laird Vauqn Stoun adlı daha bir oğlanı, bir il sonrasa üçüncü uşağı Quin Kelli Stounu övladlığa götürüb.
	
Alpər
             
            
Şərhlər