Yapon tütün istehsalçısı "Japan Tobacco Inc." (JT) Amerikanın "Vector Group Ltd." şirkətini təxminən 2,4 milyard dollar dəyərində almaq barədə razılığa gəlib.
Qaynarinfo-nun məlumatına görə, "JT bir Vector" səhmi üçün 15 dollar ödəyəcək ki, bu da şirkətin son 60 seansda orta səhm qiymətinə 29,9% mükafat deməkdir. Saziş hər iki şirkətin direktorlar şurası tərəfindən təsdiqlənib və dördüncü rübdə bağlanacağı gözlənilir.
"Vector Group" 1986-cı ildə yaradılıb. Onun iki bölməsi var: tütün aktivlərinə sahib olan "Liggett Group" və daşınmaz əmlak aktivlərinə sahib olan "New Valley".
"Liggett" bazar payına görə ABŞ-da dördüncü ən böyük siqaret istehsalçısıdır. Şirkət daha sonra L&M olaraq qısaldılmış "Liggett & Myers" brendinin yaradıcısı kimi tanınır. L&M brendi 1999-cu ildə Fillip Morrisə satılıb və hazırda "Liggett Eve", "Pyramid", "Liggett Select", "Grand Prix", "Eagle 20" və digər ABŞ brendlərinin sahibidir.
"Japan Tobacco" dünya üzrə 53 min nəfərlik heyəti və 62 fabriki ilə dünyanın ən böyük tütün şirkətlərindən biridir. "Winston", "Camel", MEVIUS və LD kimi brendlərin sahibidir.
Alpər
Şərhlər