Sağlamlıq 20:31 11.05.2022

Ət sevgisi bəşəriyyəti hara aparır... – Araşdırmalar nə deyir?

Bilirik ki, ət və süd sənayesi planetimizə zərər vurur və çoxlu ət zülalı qəbul etmək hətta bizim sağlamlığımız üçün zərərli ola bilər. Bəs nəyə görə insanlar ət yeməyə davam edir?

İnsanlar çox qədim zamanlardan ət yeyir və zaman ötdükcə bu, daha da artır. BMT Ərzaq və Kənd təsərrüfatı Təşkilatının hesablamarına görə, təkcə son 50 ildə biz ət istehsalını 3 dəfə artıraraq onu illik 350 milyon tona çatdırmışıq

Trendlər isə azalmır. Hazırki təhlillər onu deyir ki, dünya 2050 ilə kimi ət istehsalını 455 milyon tona qaldıracaq.

Qida mənbələri çatışmazlığı

Alimlər bu sevgiylə, xüsusilə heyvanların sənaye üsulu ilə yetişdirilməsinin təsirləri ilə bağlı çoxdan nigaranlıqlarını bildirirlər. Onlar ət sənayesinin digərləri ilə müqayisədə daha çox enerji, su və torpaq tələb etdiyinə görə onu səmərəsiz qida mənbəyi hesab edir. Heyvandarlıq qlobal istixana qaz emissiyasının 30%-ni təşkil edir. Qlobal meşə qırılmalarının 80%-i Ət istehsalı səbəbilə baş verir. Qlobal şirin su ehtiyatının isə 70%-i heyvandarlıq üçün istifadə olunur.

Məsələn, əkinçiliyin təsirləri ilə bağlı bir araşdırma göstərir ki, ət istehsalı noxud kimi bitki zülalının istehsalı ilə müqayisədə 6 dəfə çox istixana effekti verir və 36 dəfə daha böyük torpaq sahəsi tələb edir. 

Araşdırma o nəticəyə gəlir ki, ətraf mühitin planetimizə təsirini azaltmağın ən təsirli yolu ət və süd məhsullarından imtina etməkdir. 
Bundan əlavə, Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, ət yeməkləri qlobal biomüxtəlifliyin 60% itirilməsinə səbəb olur. 

Ət yeməyin axrasında yatan psixologiya

Heç nəyə baxmayaraq isə çoxlarımız ət yeməyə davam edir. Trier universitetindən psixoloq Benjamin Batlar bunu adətlər, mədəniyyət və dərk edilən ehtiyaclarla əlaqələndirir. 

"Məncə, bir çox insan ət dadını sevir. Digər məsələ isə yeməyin kimlik tərəfidir. Bir çox ənənəvi mətbəxlər müəyyən ət yeməklərindən ibarətdir”, - o deyir. Batlar bildirir ki, heyvan əti yemək vərdişimizin təbiətinə görə biz çox vaxt nə etdiyimizi fikirləşmirik. 

"Çox vaxt bu vərdişlər ət yeməyin əslində pis olmasını düşünməyimizə mane olur, ona görə ki, biz bunu davamlı edirik”,- Benjamin Batlar bildirir. 

Araşdırmalar göstərir ki, daha çox kişilər ət yeməyə təbii, normal və bizim yeməyimizin vacib hissəsi kimi haqq qazandırırlar. 

Batler deyir ki: "Siz bunu qida trendlərində görürsünüz. İndi daha çox gənc qadın və daha az gənc kişi vegetarian olur. Bu ona görədir ki, hələ də "kişi ət yeyər” maskulin stereotipi qalmaqdadır. Bu isə "güclü kişi ov edər” ideyasına və ət yeməyin yanlış təkamül təsəvvürlərinə bağlıdır”.

Hazırda dünyadakı qidaların 75%-i 12 bitki növündən və 5 heyvan cinsindən gəlir. Ancaq insanların daha çox bir qida növü ilə qidalanması sağlamlıq problemlərinə səbəb olur. 

"Çox sayda araşdırmalar göstərir ki, insanların ət yeməsi bir çox xərçəng növlərinin yaranmasına səbəb olur”,- doktor Milton Mills deyir. 

Bəzi insanlar iddia edir ki, veqan və vegetarianlar yedikləri yeməklərdə kifayət qədər zülal və faydalı maddələr yoxdur. 

"Bu nəzəriyyələr 50-60 il əvvəl insanlar səhvən ətin digər bitki qidalarından maddələrlə daha zəngin olduğunu düşündüyü vaxt formalaşıb.

Sonra nə?

Əgər ət iştahı dəyişilməz qalsa, 2050-ci ildə 10 milyarda çatacaq dünya əhalisinin özünü qida ilə təmin etməsi çox böyük problem olacaq.

Bəs ət istehlakı necə azaldıla bilər? Psixoloq Batlar deyir ki, bunun yolu davamlı olaraq yuxarıdan aşağıya müdaxilədir. 

"Məsələn, ət məhsullarının qiymətini heyvanların rifahını təmin etmək və iqlim dəyişikliyi xərcləri üçün olduğu qədər baha etməklə. Həmçinin alternativləri daha ucuz etməklə”, - Batlar deyir. 

Batlar düşünür ki, daha vacibi isə insanları bitki əsaslı alternativlərə müsbət münasibətinin qurulmasına şərait yaratmaqır. 

"Sən ət yeməməlisən deyib olanları uzaqlaşdırmaqdansa, çox güman ki, biz sən bunu dadmısan deməliyik. O, doğrudan yaxşıdır”. Onlar bitki əsaslı qidaların eyni və ya ətdən daha dadlı olduğunu, hətta bu qidaların onların sağlamlığı, iqlim və heyvanlar üçün yaxşı olduğunu fərq edəndə dəyişiklik avtomatik olaraq baş verəcək”.

Dəyişiklər hətta ət yeməyi çox sevən Almaniyada belə açıq gözlə görünür. 

2021-ci ilin statistikasına görə, ət alternativləri bazarı bitki mənşəli qidaların istehsalı hesabına 2020-ci illə müqayisədə 17% artıb. 

Nurlan Hüseynov