İsrailin 2026-cı il "Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirakı məsələsi hələ də qeyri-müəyyən olaraq qalır.
Qaynarinfo BBC-yə istinadla xəbər verir kii, yarışmanın təşkilatçıları bu məsələyə dair noyabrda keçirilməsi planlaşdırılan səsverməni təxirə
salıblar.
Avropa Yayım Birliyi (EBU) qərara gəlib ki, bu mövzuda iştirakçı ölkələrin nümayəndələrinin şəxsi görüşü dekabr ayında baş tutsun.
Qeyd olunur ki, bu qərar Yaxın Şərqdə vəziyyətin dəyişməsi, xüsusən də İsrail və HƏMAS arasında əldə olunan atəşkəs səbəbilə qəbul edilib.
EBU-nun açıqlamasında bildirilir:
"Yaxın Şərqdəki son hadisələr fonunda İcraiyyə Şurası "Eurovision-2026”da iştirak məsələsi ilə bağlı üzvlər arasında açıq və şəxsən müzakirə aparmağın zəruriliyini gördü. Buna görə də məsələ dekabrda keçiriləcək qış ümumi assambleyasının gündəliyinə daxil edildi, əlavə fövqəladə iclas keçirməkdən isə imtina olundu”.
Xatırladaq ki, bundan əvvəl bir neçə ölkə — o cümlədən Sloveniya, Xorvatiya, İrlandiya və İspaniya — İsrailin yarışmadan diskvalifikasiya edilməsini açıq şəkildə tələb etmişdi.
Alpər
Şərhlər