Xəbər lenti

"Evrovision-2018"in azərbaycanlı münsifləri bəlli oldu
Sənət11:45 01.05.2018

"Evrovision-2018"in azərbaycanlı münsifləri bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Evrovision-2018" mahnı müsabiqəsinin münsiflər heyətinin tərkibi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, heyətdə yarışmada iştirak edən hər ölkədən 5 nəfər təmsil olunur.
Azərbaycandan münsiflər heyətinə xalq artisti Mübariz Tağıyev, xalq artisti Faiq Ağayev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti İlahə Əfəndiyeva, cazz ifaçısı Tünzalə Qəhrəman və aparıcı Nurlana Cəfərova seçiliblər.
Yarışmada 43 ölkədən ümumilikdə 215 münsif səsvermədə iştirak edəcək.