Xəbər lenti

Şəxsi istifadə üçün xaricdən dərman gətirmək asanlaşa bilər (VİDEO)
Sağlamlıq17:53 15.12.2022

Şəxsi istifadə üçün xaricdən dərman gətirmək asanlaşa bilər (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəxsi istifadə üçün xaricdən gətirilən dərmanlarla bağlı yeni qaydalar tətbiq ediləcək.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, xarici ölkəyə səfər edən bəzi vətəndaşlar müalicə üçün lazım olan dərmanları oradan alıb gətirirlər.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, proses zamanı xüsusi normalar olmadığından bəzi hallarda vətəndaşlar müəyyən problemlərlə qarşılaşırlar. O vurğulayıb ki, dünyada gedən geopolitik proseslər vəziyyəti daha da qəlizləşdirib.
Müşfiq Məmmədli qeyd edib ki, dərmanların gətirilməsi zamanı gömrük rüsumu olmasa da, ölkəyə daxil olmaya görə edilən ödənişlər zamanı problemlər yaşanır. O hesab edir ki, bəzi güzəştlər tətbiq etməklə vətəndaşların işini asanlaşdırmaq olar.
Deputat vurğulayıb ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Səhiyyə Nazirliyi ilə birgə müzakirələr aparır. Yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək.