Xəbər lenti

Əynində nimdaş, süzülmüş pencək...
Ruzbeh Məmməd
Ölkə 14:54 04.12.2017

Əynində nimdaş, süzülmüş pencək...

Ruzbeh Məmməd

Son vaxtlar hamı və hər kəs özü və özləri haqqında çox müsbət rəydədir. Səbəbsiz, sadəcə elə-belə. Təki bir adam özü haqqında min iki yüz əlli altı sətirlik tərif uydursun. Axı pul ödəmir. Bir sözlə, tərif olub havayı, kimin kefi istəyir xərcləyir sağa-sola. Elə bu səbəbdəndir ki, özlərini tərifləyənlər, özlərini öyənlər, başqalarının talehinə biganə yaşayanlar daha rahat yaşayanlardır.

Hər necə olsa yaşamaq həyatın bir parçasıdır. Bu həyat tərzini kimlərsə buğumayaqlı şəklində, kimlərsə suda-quruda yaşayanlar şəklində sürür. 

Ancaq elə insanlar da vardır ki, axşam evə alacağı çörəyi düşünür, ailəni necə saxlayacağını düşünür. Onun elit həyatdan xəbəri yoxdur. Elit həyat tərzi sürən əksər yekəxanalar haqqında düşünməyə vaxtı olmur.

Çox yaxınlarda Lənkərana gedirdim. Yanımda bir bəy oturmuşdu. Yaşı əlli olardı. Əllərindən məlum idi ki, adam necə həyat sürür. O da, məlum idi ki, onun sürdüyü ömür bahalı yox, ucuzvari həyat idi. Alnının qırışlarından, dırnaqlarından bəlli edirdi ki, məşəqqətli bir həyatla üzbəüzdür. 

Lənkəranda bazarda araba sürür. Daşıdığı yük müqabilində pul alır. Bir anlığa düşünün, bunun yayı və qışı var. İstisi və soyuğu var. Payızın soyuğunda əynində nimdaş, süzülmüş pencək. Soyuq üzünün dərisini yandırıb, gözlərində isə narahatlıq… 

Ancaq bütün bunlar bir yana, insanlıq bir başqa şeydir. Kimdə yoxdursa, bir sınasın. Vallah, çox yaxşı bir şeydir. 

Adam öz işi haqqında danışır, mən qeyzlənirəm. Ancaq hər cümləsində Allahın adını çəkir və şükür edir. Buna görə isə sevinirəm. Bir adam bu qədər məşəqqətli həyat sürüb yaradana şükür edirsə, həqiqətən əsl insan odur. 

Bizim heç birimiz öz həyatımız haqqında heç nə bilmirik. Bildiyimiz tək bir şey budur ki, yaşayırıq və zamanla uyğunlaşmağa çalışırıq. Sabah başımıza nə gələcəyi haqqında düşünmürük . Düşünsək də ciddiyə almırıq. "Bu həyat mənim şəxsi mülkümdür, mənə verilib, istədiyim kimi yaşamalıyam” düşüncəsi formalaşdırırıq özümüzdə. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->