Xəbər lenti

Faiq Ağayev qəzəbləndi:
Ölkə 14:33 12.06.2024

Faiq Ağayev qəzəbləndi: "Fikirləşən olubmu ki, nəticəsi nə olacaq?"

Xalq artisti Faiq Ağayev Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanmasının qadağan edilməsi ilə bağlı layihəyə münasibət açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, müğənni sosial şəbəkə hesabında bildirib ki, bu qadağa vətəndaş nikahlarının sayının artımına səbəb olacaq:

"Ürəyinizə heyran, necə də safsınız. Yaxın qohumların evliliyinə qadağa qoyulmasına elə də sevinirsiniz ki... Bir fikirləşən olubmu ki, bunun nəticəsi nə olacaq? 
 
"Şüvənist"lərin lənətlədiyi vətəndaş nikahlarının (qeydiyyatsız ailələrin) sayı artacaq. "Yuxarı baxırsan - bığ, aşağı baxırsan - saqqal" məsələsi..."

Sənətçi əlavə edib ki, həddi-buluğa çatmış iki insana heç bir təzyiq göstərilə bilməz:

"Maneələr yarada bilərlər, amma qadağan edə bilməzlər. Hər şeyi "ərmağan"la həll etmək olur, onu da unutmayaq..."

Xalq artisti təklif edib ki, əhali maarifləndirilməlidir:

"TV, radio, media, sosial şəbəkələr, metro və s. - hər yerdə bu tip evliliklərin fəsadlarından danışılmalıdır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->