Moskva yaxınlığındakı Domodedovo şəhərində hərbi komisarlıqda qumbaranı partlatmaqla hədələyən şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, "Baza” Teleqram kanalının məlumatına görə, 38 yaşlı əsgər ötən ilin oktyabrında səfərbər
edilib.
Kanalın məlumatına görə, səfərbər edilmiş sərxoş vəziyyətdə şəxs taksi ilə gəlib, hərbi komisarlığa daxil olaraq işçiləri qumbara partlatmaqla hədələməyə başlayıb. Daha sonra bayıra çıxaraq aradan çıxmağa çalışıb. Nəticədə o, küçədə avtomobildə polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, onun üzərində qumbara tapılıb, polis küçəni bağlayıb, istehkamçılar və FSB əməkdaşlarını çağırıb.
"Mash” aydınlaşdırıb ki, saxlanılan şəxsin üzərində "yalançı” qumbara olub və onun özü Kursk vilayətindən
fəraridir.
Nizami Bağırov
Şərhlər