Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "AzNar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi boru yaranıb. 
	
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu var. Nizamnamə kapitalı 150 milyon manata yaxın olan "AzNar" QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 
	
"Aznar" QSC-nin tabeçiliyində fəaliyyət göstərən "Aznar Ferma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışı məhdudlaşdırılıb. "AzNar Ferma"nın 2940,02 manat borcu var.
 
	
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Mehman Hacıyev "MEGAMIX ASIA" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir. 
	
Xatıradaq ki, bir neçə il əvvəl "AzNar" QSC-nin "Grante Trading" filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var. 
	
Əhməd
             
            
Şərhlər