Xəbər lenti

Fəzail Ağamalıdan Zahid Orucun namizədliyinə SƏRT REAKSIYA
Siyasət12:19 13.08.2013

Fəzail Ağamalıdan Zahid Orucun namizədliyinə SƏRT REAKSIYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsi partiyanıın 6-cı qurultayının qərarına ziddir. Bununla bağlı qərarımız olacaq. Biz bu məsələyə biganə yanaşa bilmərik". 
Bunu Teleqraf.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı partiya Ali Məclisinin üzvü, millət vəkili Zahid Orucun prezidentliyə namizədliyi üçün MSK-ya müraciətinə münasibət olaraq bildirib. 
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.MSK sədri qeyd edib ki, MDHP-nın sədri Fərəc Quliyev, millət vəkili Zahid Oruc prezidentliyə namizədliyinin qeydə alınmasl üçün MSK-ya müraciət edib.
F.Ağamalı bildirdi ki, partiyada Z.Orucun hərəkəti araşdırılacaq: "İndidən hansı addımların atılacağını deyə bilmərəm. Zahid Oruc Azərbaycan vətəndaşı olaraq prezidentliyə namizədliyini irəli sürə bilər. Amma o, AVP üzvü olaraq partiya qarşısında məsuliyyət daşıyır".
Qaynar.info