Xəbər lenti

Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker batdı
Dünya 16:24 25.07.2024

Filippin bayrağı altında 1,4 milyon litr mazut daşıyan tanker batdı

Manila körfəzində 1,4 milyon litr mazut daşıyan tanker çevrilərək batıb. Filippinin Nəqliyyat Katibi Xayme Bautistanın sözlərinə görə, 17 ekipaj üzvündən 16-sı xilas edilib, bir nəfər isə itkin düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "ABS-CBN News” məlumat yayıb.

Nəşr "MT Terra Nova” gəmisinin "Qaemi” qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində çevrilmiş ola biləcəyini bildirib. Bildirilir ki, hazırda mazutun töküldüyü yerdə 3,7 km uzunluğunda ləkə əmələ gəlib, o, şərq və şimal-şərq istiqamətlərində hərəkət edir. Nəşr bildirir ki, bunun lokallaşdırılması üçün dəniz ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər səfərbər edilib.

"Reuters” agentliyinin məlumatına görə, son səkkiz ilin ən güclüsü olan "Qaemi” qasırğası Filippini bir gün əvvəl, iyulun 24-də vurub. Güclü yağışlar nəticəsində ölkənin paytaxtı Manila və ətraf şəhərləri su basıb. Hakimiyyət bölgədə məktəbləri, ofisləri bağlayıb və fövqəladə vəziyyət elan edib. Qasırğa həmçinin mövsümi musson yağışlarını artıraraq sürüşmə və daşqınlara səbəb olub. Agentliyin məlumatına görə, azı 12 nəfər həlak olub, 600 minə yaxın insan təxliyə edilib.

Tayvanda "Qaemi” qasırğası nəticəsində 2 nəfər ölüb, 201 nəfər yaralanıb. Təxminən 340 min ev elektrik enerjisinin kəsilməsi ilə üzləşib. Çinin cənub-şərqində 150 mindən çox insan təxliyə edilib. Bir neçə əyalət fövqəladə tədbirlər tətbiq edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->