İspan tennisçi Rafael Nadal Uimbldondan çəkilib.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun qarnındakı 7 mm-lik əzələ yırtığı olub.
Mövsümün sayca üçüncü "Böyük Dəbilqə"si Uimbldonda Taylor Fritz-i məğlub edərək yarımfinala yüksələn Rafael Nadal 4 saat 20 dəqiqə davam edən qarşılaşmada zədə səbəbindən turniri tərk edib.
İspan mətbuatına açıqlamasında qarın əzələsində 7 mm-lik yırtıq olduğunu bildirən Nadal mətbuat konfransı keçirərək, "Çəkilməliyəm. Gördüyünüz kimi ağrılarım var idi. Göz yaşı ilə davam etməyin mənası yoxdur. Davam etsəm, zədəm hər gün daha da pisləşəcək” - şəklində açıqlama verib.
Matçın ikinci setinin ortasında məcburi fasiləyə ayrılan Nadal, görüşü izləyən atasının "Yerə yıxılmamaq üçün istəyirsən davam etmə” deməsinə baxmayaraq, oyuna qayıdaraq kortdan qalib ayrıldı.
Nadalın Uimbldondan geri çəkilməsindən sonra avstraliyalı Nik Kirqios kişilər arasında finala yüksələn ilk tennisçi oldu.
Səbuhi Həsənov
Şərhlər