Xəbər lenti

Fransa Açıqdan imtina edən Nadal karyerasını bitirəcəyi vaxtı dedi
İdman 13:00 19.05.2023

Fransa Açıqdan imtina edən Nadal karyerasını bitirəcəyi vaxtı dedi

Məşhur tennisçi Rafael Nadal 2023-cü ildə keçiriləcək Fransa Açıq Tennis Turnirinə qatılmaqdan imtina edib.

Qaynarinfo-nun məlumatına görə zədələrlə mübarizə aparan və gələn ay 37 yaşı tamam olacaq Nadal karyerasını nə vaxt bitirəcəyini də deyib. Yanvarda aldığı omba zədəsini sağalda bilməyən 14 qat "Rolan Qarros" çempionu qərarını mayın 28-də başlayacaq turnirdən əvvəl cümə axşamı keçirilən mətbuat konfransında açıqlayıb.

Nadal Malyorkadakı tennis akademiyasında jurnalistlərə açıqlamasında "Mən daimi fiziki çətinliklər dövrünü yaşayıram. Son aylarda sağalmaq üçün hər şeyi vermişəm, amma hələ də tam sağalmamışam. Yaxın aylarda peşəkar oyunlarda oynamaq fikrim yoxdur. Heç bir geri dönüş tarixi verə bilmərəm. Məqsədim özümü fiziki və mənəvi cəhətdən hazır hiss edəndən sonra qayıtmaqdır. Bəlkə bu, ilin sonunda keçiriləcək Devis Kubokudur. Düşünürəm ki, gələn il karyeramın sonuncu ili olacaq. Niyyətim budur” - ifadələrini işlədib.

Nadal epidemiyadan sonra fiziki olaraq yaxşı bir dövr keçirmədiyini, peşəkar kimi əhəmiyyətli bir mövsümü itirdiyini və bunu qəbul etməli olduğunu vurğulayıb.

Nadalın 21 illik karyerası ərzində əsas Böyük Dəbilqə turnirlərindən imtina etməsinə və ya buraxmasına səbəb olan əsas zədələrin siyahısı aşağıdakı kimidir:

2003: Dirsək zədəsi
2004: Ayaq biləyinin sınığı
2006: Ayaq zədəsi
2009: Dizlərdə tendonit
2012: Dizdə tendonit
2013: Mədə virusu
2014: Bilək zədəsi, appendektomiya
2016: Bilək zədəsi
2020: COVID-19 pandemiyası
2021: Ayaq zədəsi
2022: Qarın əzələlərinin yırtığı
2023: Omba zədəsi

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->